Böyük Britaniyanın baş naziri David Kameron və Rusiya prezidenti Vladimir Putinin son razılaşmasına əsasən ölkə rəsmiləri Suriya böhranından çıxış yolunu tapmaq üçün ortaq səylərini davam etdirəcək. Böyük Britaniyanın baş naziri David Kameron və Rusiya prezidenti Vladimir Putinin son razılaşmasına əsasən ölkə rəsmiləri Suriya böhranından çıxış yolunu tapmaq üçün ortaq səylərini davam etdirəcək.

Putinlə Kameron İŞİD-dən danışdı - Telefonda

Böyük Britaniyanın baş naziri David Kameron və Rusiya prezidenti Vladimir Putinin son razılaşmasına əsasən ölkə rəsmiləri Suriya böhranından çıxış yolunu tapmaq üçün ortaq səylərini davam etdirəcək.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, bazar ertəsi ölkə liderlərinin telefon danışığı zamanı təhlükəsizlik müşavirləri arasında danışıqların davam etdirilməsi məsələsi müzakirə edilib.

Prezident Putin Kamerona zəng edərək seçkilərdə qalib gəldiyi üçün onu təbrik edib.

"Onlar yarım saat danışıblar, Suriya və Ukrayna əsas müzakirə mövzusu olub. Hər iki lider razılaşıb ki, Suriyadakı vətəndaş müharibəsinin həllinə kömək etmək və İslam Dövləti qruplaşmasının böyüməsinin qarşısını almaq həm Britaniyanın, həm də Rusiyanın marağındadır", - deyə baş nazirin sözçüsü bildirib.

Britaniya baş naziri Rusiyanın Ukrayna böhranındakı rolu ilə bağlı "dərin fikir ayrılığının" qaldığını qeyd edib.

Xatırladaq ki, fevral ayında Minskdə keçirilmiş danışıqlar Ukrayna üçün sülh planı ilə nəticələnib.