- Köhnə - Dünya
- 7 İyun 2015 20:02
- 5 395
7 ölkə lideri Putinə qarşı bir araya gəldi - VİDEO

Qərbin aparıcı 7 ölkəsi - ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, İtaliya və Kanadanın rəhbərləri Bavariyanın xizək kurortu Qarmiş Partenkirxenə G7 sammitinə toplaşıblar.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.
Məlumata görə, keçən il Krımın ilhaqına görə Rusiya G8 klubundan xaric edildikdən sonra dünyanın aparıcı ölkəkərinin zirvə görüşü G7 formatında keçirilir.
Müşahidəçilərin proqnozlarına görə, Bavariyada keçirilən G7 sammitində əsas müzakirə edilən mövzu Ukrainadakı vəziyyət olacaq.
Sammit iştirakçıları DXR və LXR-ı dəstəkləməkdən çəkindirmək üçün Kremlə siyasi təzyiq göstərilməsi istiqamətində səyləri davam etdirəcəklər.
Bavariya zirvə görüşü ərəfəsində Kanadanın Baş naziri Stiven Harper deyib ki, Vladimir Putin Ukrayna məsələsində atdığı addımları ilə özünü gözdən salıb: "Putinin hakimiyyətdə olduğu dövrdə Rusiya G7 klubuna yaxın buraxılmamalıdır".
Almaniya, Böyük Britaniya və ABŞ Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalardan daha çox zərər çəkən ölkələrə Avropa İttifaqının yardım göstərməsi məsələlərini müzakirə etmək niyyətindədirlər.
İtaliyanın "Corriere della Sera" qəzetinə şənbə günü verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putin Moskva ilə NATO arasında hərbi münaqişənin yarana bilməsi ehtimalını istisna edib.
G7 sammitində daha bir mühüm mövzu Yunanıstanın borc böhranı ilə bağlı olacaq.
Bundan əlavə, sammit iştirakçıları qlobal istiləşmə və Ebola epidemiyası ilə mübarizə yollarını müzakirə etməlidirlər.
Sammitin ikinci gününün "İslam Dövləti" və "Boko Haram" kimi radikal hərəkatların yaratdığı təhlükələrin müzakirəsinə həsr olunacağı güman olunur.
Bununla bağlı, gözlənildiyinə görə, bazar ertəsi günü Bavariyaya İraq, Nigeriya və Tunis rəhbərləri gəlməlidirlər.
ABŞ prezidenti Barak Obama da Bavariyaya gəlib. O, aeroportda qarşılandıqdan sonra Almaniya kansleri Angela Merkellə görüşüb.