- Köhnə - Dünya
- 14 İyun 2015 16:32
- 3 128
AKP-dən kritik koalisiya mesajı - İlk turda hökumət qurula bilər
“Türkiyə hökumətini qurmaq üçün ilk tur danışıqlarında koalisiya çıxa bilər”.
AzNews.az xəbər verir ki, bu sözləri AKP-nin başqan müavini Numan Kurtulmuş CNNTürk-ə verdiyi müsahibəsi zamanı deyib.
"Koalisiyanın nə şəkildə formalaşacağı partiyalar arasındakı dialoqla yarana bilər. Ərdoğan baş nazir vəzifəsini yenə Davudoğluna verəcək. O da ilk turda Türkiyəni qane edəcək bir koalisiya variantını ortaya qoyacaq. Qalib gələn partiyalar siyasi arqumentləri kənara qoysalar, müsbət bir nəticə əldə edə bilərlər. Hamı bizə deyir ki, Türkiyəni nəyin bahasına olursa-olsun, hakimiyyətsiz buraxmayın. Bu turdan bir şey çıxmasa, prezidentimizin dediyi yenə də dünyanın sonu deyil. O zaman təkrar seçkiyə gedəcəyik", - deyə Numan Kurtulmuş vurğulayıb.
Jurnalistin "Erkən seçki olsa, AK Partiyası daha çox səs ala bilərmi?" sualına AKP rəsmisi belə cavab verib:
"Biz heç vaxt 3-5 səs daha çox alacağıq, demədik. Hətta bəzi məsələlərin risk olacağını bilə-bilə üstünə getdik. Çünki bizim nəzərdə tutduğumuz layihələrin dairəsi çox böyükdür, biz kiçik iş görən bir partiya deyilik".