- Köhnə - Dünya
- 24 İyun 2015 23:13
- 2 236
ABŞ-dan gizli dinləmə ittihamlarına - Reaksiya
“Amerika Xüsusi Xidmət orqanları Fransa Prezidenti Fransua Ollandın telefonunu dinləmir”.
Axar.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays söyləyib.
Onun sözlərinə görə, ABŞ Milli Təhlükəsizlik Şurası Milli Təhlükəsizliyin xüsusi maraqları istisna olmaqla xaricdə kəşfiyyat müşahidəsi aparmır:
"Bu, adi vətəndaşlarla bərabər, dünya liderlərinə də aiddir. Biz bütün beynəlxalq məsələlər üzrə Fransa ilə sıx əlaqə saxlayırıq. Fransa bizim mühüm tərəfdaşımızdır".
Qeyd edək ki, "Vikiliks" saytı ABŞ xüsusi xidmət orqanlarının bir neçə il ərzində Fransa prezidentlərini dinlədiyi haqqında xəbər yayıb.