- Köhnə - Dünya
- 29 İyun 2015 09:16
- 3 805
Təyyarə evin üstünə düşdü: 3 ölü - VİDEO
ABŞ-ın Massaçusets ştatının Pleynvill şəhərində yüngül mühərrikli kiçik təyyarə şəxsi yaşayış evinin üstünə düşüb. Nəticədə ev yanıb, 3 nəfər isə dünyasını dəyişib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yerli polis idarəsinə istinadən yayıb.
Məlumata görə, qəzaya səbəb kimi təyyarənin mühərrikinin nasazlığı göstərilir.
Qəza zamanı evdə 4 nəfər olub. Onların heç biri xəsarət almayıb. Ölənlərin hamısı təyyarənin göyərtəsində olanlardır.