Ankara şəhərində Prezident Sarayının içində tikintisi tamamlanan məscid bu gün açılıb. Ankara şəhərində Prezident Sarayının içində tikintisi tamamlanan məscid bu gün açılıb.

Ankarada Beştepe Millət Məscidi dualarla açıldı - VİDEO

Ankara şəhərində Prezident Sarayının içində tikintisi tamamlanan məscid bu gün açılıb.


AzNews.az xəbər verir ki, açılış çıxışını edən Ərdoğan məscidin adının Beştepe Millət Məscidi olduğunu deyib.

Ərdoğanın çıxışından sonra Diyanət işləri Mehmet Görmezin duası ilə birlikdə məscid rəsmən açılıb və ilk cümə namazı qılınıb.

Mərasimdə Ərdoğan bunları deyib:

"Sizləri ən qəlbi duyğularımla salamlayıram. Açılışını edəcəyimiz məscidin xeyirli olmasını arzulayıram. Adı Beştepe Millət Məscididir, millətimizə xeyirli olsun. Bu işdə əməyi keçən hər kəsə çox çox təşəkkür edirəm. Bu məsciddə qılınacaq namazın Allah dərgahında qəbul olunmasını niyaz edirəm".

Ərdoğan sözlərinə belə davam edib:

"Ətrafımızda tamamilə başqa bir mənzərə var. Təəssüf ki, Misir və Suriyada baş verənlər bütün şiddətilə davam edir. Orucun və namazın qadağan olunduğu yerlərdə çətinlik çəkdiklərini bilirik. İnanıram ki, bütün müsəlmanlar yaşadıqları çətinliklərdən xilas olacaqlar".

Qeyd edək ki, məsciddə eyni zamanda 3 min nəfər ibadət edə biləcək.