- Köhnə - Dünya
- 4 İyul 2015 20:39
- 2 863
Tunisdə fövqəladə vəziyyət elan olundu

Tunis prezidenti Beci Kayid əs-Səbsi Sus şəhərində törədilən terror aktı ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib.
APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı ölkə başçısının yaxın saatlarda müraciəti gözlənilir.
Xatırladaq ki, iyunun 26-da baş verən və 40 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti İSİD terror qruplaşması öz üzərinə götürüb.