Bir müddət öncə Rusiyadan Dağlıq Qarabağa köçən milyoner German Sterlinqov burada 5 min rubla otel nömrəsi tutub. Bir müddət öncə Rusiyadan Dağlıq Qarabağa köçən milyoner German Sterlinqov burada 5 min rubla otel nömrəsi tutub.

Şuşaya qaçan milyonerlə bağlı - Yeni məlumatlar

Bir müddət öncə Rusiyadan Dağlıq Qarabağa köçən milyoner German Sterlinqov burada 5 min rubla otel nömrəsi tutub.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, biznesmen ailəsi ilə birgə yaşamaq üçün Şuşa şəhərində üçulduzlu oteli seçib. Burada o, 4 gün qalıb və iyulun 1-i oteli tərk edib.

Mənbənin verdiyi məlumata görə, Sterlinqov hələ də Şuşadadır.

Xatırladaq ki, Sterlinqov millətçi-qatillərin BORN təşkilatında iştirak etməkdə şübhəli bilinir. Bu təşkilatın üzvləri isə vəkil Stanislav Markelov və jurnalist Anastasiya Baburovanın qətlinə görə həbs olunublar. Qruplaşmanın yaraqlıları Sterlinqova məxsus ərazilərdə məşqlərini edib. Bu barədə məhkəmədə BORN-un yaradıcılarından biri məlumat verib. Əgər məhkəmə biznesmenin ekstremist qruplaşmanın fəaliyyətində iştirakını sübut etsə, onu 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bütün bu baş verənlərdən sonra Sterlinqov ailəsi ilə birgə Dağlıq Qarabağa qaçıb. Bu barədə məlumatı onun köməkçisi Polina Sirota verib:
"Onu getməyə ciddi səbəblər vadar edib. Bu quldurlar deyil , daha yüksək rütbə daşıyıcılarıdır".

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi rusiyalı biznesmenin Dağlıq Qarabağa gəlişi ilə maraqlanıb. XİN-in Sterlinqovu qara siyahıya salacağı istisna deyil.

Aydan Axundova