Tailand Milli Təhlükəsizlik Şurası bu gün verdiyi bəyanatda Çinə göndərilən 109 uyğurun yaxşı şəraitdə yaşadıqlarını təsdiq edib. Tailand Milli Təhlükəsizlik Şurası bu gün verdiyi bəyanatda Çinə göndərilən 109 uyğurun yaxşı şəraitdə yaşadıqlarını təsdiq edib.

Tailanddan Uyğur Türkləri açıqlaması: “Vəziyyətləri yaxşıdır”

Tailand Milli Təhlükəsizlik Şurası bu gün verdiyi bəyanatda Çinə göndərilən 109 uyğurun yaxşı şəraitdə yaşadıqlarını təsdiq edib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı DHA agentliyi yayıb.

Tailand hökuməti 109 uyğuru yaxşı şərtlər daxilində yaşadacaqlarına dair söz versə də onları ekstradisiya etmişdi.

Ötən həftənin çərşənbə günü isə rəsmi Banqkok sözün yerinə yetirilib yetirilmədiyini yoxlayıb.

Bu gün edilən açıqlamada 109 nəfərin Urumçidəki bir reabilitasiya mərkəzində saxlanıldığı və onlara olan münasibətin qənaətbəxş olduğu deyilir: "Qaldıqları yer həqiqətən təmizdir. 109 nəfərin hər birinin vəziyyətilə maraqlandıq".

Çin hökuməti, həmçinin vurğulayıb ki, Tailandlı rəsmilər nə vaxt istəsələr, gəlib uyğurları görə bilərlər.