İsrail qırıcıları Qəzzanı bombaladı

İsrailə məxsus qırıcı təyyarələr Qəza zolağını bombalayıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Həmas bazalarının hədəf alındığı əməliyyatda xəsarət alan olmayıb. İsrail hərbi rəhbərliyi də, əməliyyatda əsas hədəfin Həmas bazaları olduğunu deyib.

Qeyd edək ki, ötən gün Qəza zolağına endirilən aviazərbələr nəticəsində 5 mücahid qətlə yetirilmişdi.

Sadiq Musa
AzNews.az