BMT-nin yeni qeyri-daimi üzvləri müəyyənləşdi

Ruanda, Argentina, Avstraliya, Lüksenburq və Cənubi Koreya 2013-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləridirlər.

168.az dünya mediasına istinadən xəbər verir ki, TŞ-nin qeyri-daimi üzvləri iki ildən bir qurumun Baş Assambleyasının gizli səsverməsi əsasında seçilirlər.

Qeyd edək ki, BMT TŞ-nin 15 üzvü var ki, onlardan 5-i - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa daimidir. Onu da deyək ki, hazırda Azərbaycan da TŞ-nin qeyri-daimi üzvüdür.

AzNews.az