“Çox tezliklə bir çox gürcü qızları Saakaşvilin onlara “ilişdiyini” açıq etiraf edəcəklər” “Çox tezliklə bir çox gürcü qızları Saakaşvilin onlara “ilişdiyini” açıq etiraf edəcəklər”

Saakaşvilinin sevgililəri - FOTOSESSİYA

“Çox tezliklə bir çox gürcü qızları Saakaşvilin onlara “ilişdiyini” açıq etiraf edəcəklər”



Gürcüstanın məşhur "Reytinq" jurnalı ölkə başçısı Mixail Saakaşvili ilə sevgi əlaqəsi olan qadınlarla bağlı yazı dərc edib.

"Qafqazinfo"nun məlumatına görə, bu siyahıya Saakaşvilinin hakimiyyətdə olduğu doqquz il ərzində müxtəlif mənbələrin iddia etdikləri qadınların adları daxildir.

Jurnalda ilk olaraq Saakaşvilinin sinif yoldaşı olan İi Parulavanın adı çəkilir. Parulava Gürcüstanın məşhur aktrisası və aparıcısıdır.

Daha sonra Saakaşvilinin keçmiş mətbuat katibi Alana Qaqloevanın onun məşuqəsi olduğu yazılır. Qaqloeva bu günə kimi Gürcüstanın Prezident Aparatında işləyir.

Ondan sonra isə Saakaşvilinin Kanadadan vətənə qayıtmağa razı saldığı ölkənin iqtisadiyyat naziri Veroniki Kobaliyanın adı çəkilir.

Siyahıda həmçinin müğənni Sofo Nijaradze də var. Saakaşvili ilə müğənninin ölkə xaricində tanış olduqları yazılır.

Daha əvvəl Nijaradze Rusiyada ifaçı kimi fəaliyyət göstərirdi. 2008-ci il müharibəsindən sonra isə vətənə qayıdır. Nijaradze bu gün də ölkənin şou-biznesində aparıcı rol oynayır.

Saakaşvilinin adı ukraynalı müğənni İvana Melayla da hallanıb. O, hazırda Gürcüstanın büdcə hesabına maliyyələşən, tanınmış "PİK" televiziya kanalında aparıcı olaraq fəaliyyət göstərir. Jurnal iddia edir ki, İvana Melay bütün dünyanı gəzərək kifayət qədər maraqsız verilişlər hazırlayıb və həmin verilişlərə demək olar ki, heç kim baxmayıb.
Jurnal xatırladır ki, bir dəfə Batumidə "Redisson" otelində Saakaşvili və Melayı görüblər. Prezidentin mühafizəçisi isə ukraynalı müğənninin qaldığı nömrənin pulunu ödəyib.

Jurnal onu da vurğulayır ki, hər kəsin şəxsi həyatını yaşamaq haqqı var, lakin bütün bunlar dövlət büdcəsi hesabına başa gəlməməlidir.

Prezident administrasiyası isə bu məqalə ilə bağlı hələ ki heç bir şərh verməyib.

Bu yaxınlarda isə məşhur rusiyalı aparıcı, bir vaxtlar Saakaşvilinin intim yaxınlıq təklifindən imtina etdiyini iddia edən Tina Kandelaki gürcü KİV-nə müsahibəsində bildirib ki,.

AzNews.az
image description image description image description image description image description