Kəşfiyyat şefi qətlə yetirildi

Livan təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli əməkdaşı Visam əl-Həsən Beyrutda avtomobilin partladılması nəticəsində həlak olub. Əl-Həsən Livan daxili təhlükəsizlik qüvvələrinin kəşfiyyat xidmətinə başçılıq edirdi.

İçərisində partlayıcı olan maşın Beyrutun xristianlar yaşayan rayonunda yerləşən Sasin meydanında partlayıb. Terror aktı nəticəsində 3 nəfər həlak olub, 80-dən artıq insan yaralanıb.

AzNews.az