- Köhnə - Dünya
- 22 Avqust 2015 22:31
- 2 744
Suriya İsrailin qırıcı təyyarəsini vurdu

Suriyanın raket əleyhinə müdafiə qüvvələri Əl-Kunteyr şəhəri üzərində İsrailə məxsus qırıcı təyyarəni zərərsizləşdirib.
AzNews.az Report-a istinadən xəbər verir ki, ötən cümə Qolan təpələrinin atəşə tutulmasından sonra İsrailin Hərbi Hava Qüvvələri Suriyanın qərb rayonlarına zərbə endirməyə başlayıblar.
Aviazərbələrin hədəfi Dəməşq və Əl-Kunteyrdə 68 və 90-cı briqadaların hərbi bazaları olub.
Cümə axşamı İsrailin Livan ilə sərhədində – Qolan təpələri və Qaliley şəhərinin hər birinə iki raket atılıb. İsrail hərbçilərinin məlumatına görə, raketlər Suriya ərazisindən atılıb. Bundan sonra İsrail cavab zərbəsi endirib və nəticədə ən azı 4 nəfər həlak olub.