- Köhnə - Dünya
- 29 Avqust 2015 21:24
- 1 994
Hərbi təyyarə yaşayış evinin üstünə düşdü - 7 ölü
Nigeriyanın Hərbi-Hava Qüvvələrinə məxsus “Dornier-228” təyyarəsi ölkənin şimal bölgəsində yaşayış evinin üstünə düşüb.
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarədə olan 4 ekipaj üzvü və 3 sərnişin ölüb.
Hazırda yanğınsöndürənlər təyyarənin qəzaya uğramasından sonra başlayan yanğının qarşısını almağa çalışırlar. Hadisə zamanı yaşayış evində heç kim olmayıb.
Qəzanın başvermə səbəbləri hələ ki, məlum deyil.