Romni və Obamanın fərqli siyasi kursları var

ABŞ-da prezidentliyə namizədlər Barak Obama və Mitt Romni arasında əsas fərqlər xarici siyasi kurslarında ortaya çıxır. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyaya qarşı münasibətdə hər iki namizəd tamam fərqli xətt götürsələr də, Suriya və Əfqanıstan məsələsində eyni mövqeyi paylaşırlar.

Demokrat Barak Obama ABŞ-ın milli təhlükəsizliyinə ən böyük təhdid kimi terrorçu qruplaşmaları görür. Romni üçün isə ən böyük təhdid nüvə silahına malik olan İrandır. Əfqanıstandan ABŞ ordusunun çıxarılması məsələsində isə hər iki namizəd yekdil fikir səsləndiriblər. Hər iki namizəd qeyd edib ki, əfqanlar özləri vətənlərinin müdafiəsi ilə məşğul olmalıdırlar.

ABŞ yalnız ölkəyə iqtisadi yardım göstərə bilər. Əsədin dəyişdirilməsi məsələsində də prezidentliyə namizədlərin fikri demək olar ki, eynidir. Rusiya məsələsində isə, Obama nisbətən yumşaq, Romni isə daha sərtdir. Romni Rusiyada da inqilabın baş verməli olduğunu dolayı yolla ifadə edib.

Sadiq Musa
AzNews.az