Rusiyaya məxsus “Airbus A321” sərnişin təyyarəsinin Misirdə qəzaya uğramasına səbəb mühərrikdə partlayışın baş verməsi olub. Rusiyaya məxsus “Airbus A321” sərnişin təyyarəsinin Misirdə qəzaya uğramasına səbəb mühərrikdə partlayışın baş verməsi olub.

Rusiya təyyarəsinin qəzaya uğramasının - Səbəbi

Rusiyaya məxsus “Airbus A321” sərnişin təyyarəsinin Misirdə qəzaya uğramasına səbəb mühərrikdə partlayışın baş verməsi olub.


AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Əl Masri əl Yəum" nəşrində insidenti araşdıran komissiyadakı mənbə bildirib.

Mənbənin bildirdiyinə görə, belə nəticəyə "qara qutular"dakı məlumatların araşdırılmasından sonra gəlinib. Onun sözlərinə görə, partlayışın səbəbi keçiriləcək laborator analiz və hadisə yerindən əlavə sübutların əldə edilməsi nəticəsində müəyyən ediləcək.

Mənbə həmçinin qeyd edib ki, "qara qutular" pilotların dispetçer xidmətlərinə ünvanlanan heç bir sorğu və ya müraciət qeydə almayıb.

Qeyd edək ki, Rusiyaya məxsus "Airbus A321" sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması nəticəsində 224 nəfər ölüb.