- Köhnə - Dünya
- 27 Oktyabr 2012 09:32
- 5 507
Müsəlmanlar Paris küçələrində bayram namazı qıldılar

AzNews.az-ın məlumatına görə, güclü təhlükəsizlik tədbirləri görən polis, məscidin ətrafındakı küçələrdə nəqliyyatın hərəkətini dayandırıb.
Məscidə və həyətə sığmayan yüzlərlə insan namazını Corc Desplas küçəsində qılmalı olub. Namazdan sonra insanlara şokoladlı bulkalar paylanıb.
Paris müftisi Xəlil Əbu Bəkr bayram çıxışında müsəlmanların birliyinin vacibliyindən danışıb: "Bütün müsəlmanlar üçün bölüşmə, bağışlamaq, sülh və mərhəmətin vacib olduğu Qurban bayramında, bu anların nemətlərini, həmrəylik və qardaşlığı paylaşmağa çağırırıq".
Ülviyyə Tahirqızı
AzNews.az