Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində 27 nəfərin meyiti aşkarlanıb. Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində 27 nəfərin meyiti aşkarlanıb.

Hoteldə 27 nəfərin meyiti tapıldı - Malidə

Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində 27 nəfərin meyiti aşkarlanıb.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə ölkədəki BMT sülhməramlıları bildirib.

Hazırda hoteldə axtarış aparılır. Ölənlərin sayı dəqiqləşdirilir.

AFP agentliyinin məlumatına görə, hotelə hücumda iştirak edən 2 terrorçu məhv edilib.

Qeyd edək ki, terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılmışdı.