İstanbulda ötən gün baş verən terror aktı zamanı vəfat edənlərin hamısı milliyətcə alman olub. İstanbulda ötən gün baş verən terror aktı zamanı vəfat edənlərin hamısı milliyətcə alman olub.

Sultanahmet terrorunda ölənlərin hamısı almandır

İstanbulda ötən gün baş verən terror aktı zamanı vəfat edənlərin hamısı milliyətcə alman olub.



AzNews.az xəbər verir ki, bu barədə Almaniyanın DRA agentliyi Türkiyə hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib. Qeyd edək ki, ilkin məlumatlara görə, ölən turistlərdən 8-inin alman olduğu deyilirdi. Agentlik isə vəfat edən digər 2 nəfərin də alman olduğu barədə məlumat yayıb.

Xatırladaq ki, dünən İstanbulun Sultanahmet meydanında "canlı bomba" tərəfindən terror aktı törədilib. Partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər naziri Efkan Ala Sultanahmet Meydanında təşkil edilən terror hücumunda yaralananlardan 11 nəfərin hazırda xəstəxanada olduğunu bildirib: "Əvvəl yaralıların sayı 17 idi. Amma onlardan biri xəstəxanada dünyasını dəyişdi. Digər 5 nəfər isə evə buraxılıb. Hazırda xəstəxanada olan 11 nəfərdən 9-u Alman, 1-i Norveç, 1-i isə Peruludur. Yaralı olan 9 Almandan 2-sinin vəziyyəti pisdir".

Nazir qeyd edib ki, Sultanahmet Meydanında təşkil edilən terror hücumuna görə bir nəfər saxlanılıb: "Bu hadisədən 1 həftə əvvəl 220 adam saxlanılmışdı. Hadisədən sonra isə aparılan araşdırma və istintaq nəticəsi zamanı dünən axşam 1 nəfər də saxlanılıb. Hazırda araşdırma və istintaq çoxistiqamətli olaraq, son dərəcə ciddi bir şəkildə aparılır".

Aydan, Sevinc