- Köhnə - Dünya
 - 13 Yanvar 2016 22:30
 - 4 613
 
Məktəblilər qar uçqununa düşdü - Ölən və yaralılar var
            Fransanın cənub-şərq bölgəsindəki İzer departamentində bir qrup məktəbli qar uçqununa düşüb.
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 məktəbli ölüb, daha 3-ü xəsarət alıb.
Huşsuz halda tapılan məktəblilər xəstəxanaya çatdırıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Təbii fəlakət nəticəsində qarın altında qalan digər məktəblilərin axtarışı davam etdirilir.