Bavariya hökuməti qaçqınların ərizələrini ləğv edəcəyi ölkələrin siyahısını genişləndirməyə hazırlaşır. Sözügedən siyahıya Ermənistan da daxil edilib. Bavariya hökuməti qaçqınların ərizələrini ləğv edəcəyi ölkələrin siyahısını genişləndirməyə hazırlaşır. Sözügedən siyahıya Ermənistan da daxil edilib.

Ermənilər qara siyahıya salındı

Bavariya hökuməti qaçqınların ərizələrini ləğv edəcəyi ölkələrin siyahısını genişləndirməyə hazırlaşır. Sözügedən siyahıya Ermənistan da daxil edilib.

AzNews.az xəbər verir ki, bu barədə Almaniyanın "Süddeutsche Zeitung" qəzeti yazıb.

Bavariyanın daxili işlər naziri Yoaxim German bildirib ki, mənşəyinə görə təklükəsiz ölkələrin konsepsiyası perspektivsiz müraciətlərin sürətli rədd edilməsi zamanı xüsusilə münasibdir. Siyahıya miqrasiya və qaçqınlar üzrə Federal xidmətin nadir hallarda ərizəsinə razılıq verdiyi ölkələr daxil edilib. Sözügedən siyahıda Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Hindistan, Mali , Monqoliya, Əlcəzair, Qambiya və Banqladeş yer alıb.

Qeyd edək ki, daxilində siyasi təqiblərə yol verilməyən ölkələr təhlükəsiz hesab olunur.

Aydan AXUNDOVA