“25 dəqiqə ərzində səfirliyə yardım göndərilə və hücumun qarşısı alına bilərdi” “25 dəqiqə ərzində səfirliyə yardım göndərilə və hücumun qarşısı alına bilərdi”

“ABŞ səfirini CİA öldürüb”- İDDİA

“25 dəqiqə ərzində səfirliyə yardım göndərilə və hücumun qarşısı alına bilərdi”



ABŞ-ın Wall Street jurnalı Liviyanın Benqazi şəhərində səfirliyə edilən hücumla bağlı senasion məqalə dərc edib.

AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, jurnal səfir Kristofer Stevensin öldürülməsi ilə nəticələnən olayların CİA tərəfindən təşkil olunduğunu yazıb.

Yazıda iddia olunub ki, cəmi 25 dəqiqə ərzində səfirliyə yardım göndərilə və hücumun qarşısı alına bilərdi ancaq edilməyib. Bundan əlavə, Benqazidən 30 diplomatın hücumdan cəmi bir neçə saat əvvəl çıxarılması da şübhəli məqam kimi qeyd edilib.

Daha bir maraqlı məqam isə ölənlər arasında 2 CİA əməkdaşının olmasıdır, hansı ki, mətbuat onları səfirliyin əməkdaşı kimi təqdim etmişdi.

Sadiq Musa
AzNews.az