Bu gün Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərindəki orta məktəbdə partlayan top mərmisi Suriyadakı İŞİD mövqelərindən atılıb. Bu gün Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərindəki orta məktəbdə partlayan top mərmisi Suriyadakı İŞİD mövqelərindən atılıb.

Türkiyədəki məktəbi İŞİD partladıb - Cavab atəşi atılıb

Bu gün Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərindəki orta məktəbdə partlayan top mərmisi Suriyadakı İŞİD mövqelərindən atılıb.



AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin hərbi mənbələri məktəbə top mərmisini Suriyadakı İŞİD mövqelərinin atdığını açıqlayıb. Artıq Türkiyə ordusu qarşı tərəfə cavab olaraq zərbələr endirib.

Qeyd edək ki, hadisə yerli vaxtla saat 09.30-da baş verib. Suriya istiqamətindən atılan mərminin partlaması nəticəsində məktəbdə 1 nəfər ölüb, 1 məktəbli qız isə yaralanıb.

Sevinc