“Səfir dövlətin sirlərini daşımalı, yürütdüyü siyasəti dəstəkləməlidir” “Səfir dövlətin sirlərini daşımalı, yürütdüyü siyasəti dəstəkləməlidir”

Deputat Milli Məclisdə Tamerlan Qarayevdən izahat tələb etdi: “Konstitusiya Məhkəməsinin sədri olacaqmış”

“Səfir dövlətin sirlərini daşımalı, yürütdüyü siyasəti dəstəkləməlidir”

“Bu yaxınlarda diqqətimi bir xəbər çəkdi. Sabiq deputatlardan biri debatda olduğu bir insana bəyan edir ki, 2003-cü il hadisələri necə baş verib. Bildirir ki, Tamerlan Qarayev və bir neçə tanınmış şəxs onu yanına dəvət edib, prezident seçkilərində İsa Qəmbərin müdafiəsi ilə əlaqədar müəyyən xahişləri olub. Tamerlan Qarayev gələcəkdə onların xəyali hakimiyyətdə Konstitusiya Məhkəməsinin sədri olacaqmış. Bu informasiyanı izləyəndə, düşündüm ki, bu sıradan bir bəyanatdırsa, həm şəxs reaksiya verməlidir”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc “Dövlət sirri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib. Z.Oruc vurğulayıb ki, o dövrün hadisələri hər kəsə aydındır, kiminsə birləşməsi, ayrılması, müxalif qüvvələrin bir araya gəlməsi Azərbaycan cəmiyyətində nə siyasi dəyişiklik, nə də hakimiyyətin taleyinə təsir edib: “Tamerlan Qarayev səfir kimi çalışmaqdadır. Burada ona şəxsi münasibətimi ifadə etmək istəmirəm. Səfir diplomatik ranq daşıyıcısı kimi dövlətin sirlərini daşımalı, eyni zamanda dövlət başçısının və dövlətin yürütdüyü siyasəti dəstəkləməlidir, buna borcludur. Kiminsə özəl niyyəti varsa, siyasi partiya yaratmaq və başqa bir şəxsi müdafiə etmək, hazırkı hakimyyətin mövqeyi ilə razılaşmamaqla, məsələn, sabiq səfir Arif Məmmədovun və ya başqasının yanında yer ala bilər. Bununla hakimiyyətin gücündə dəyişiklik ola bilməz. Məqsədim odur ki, Tamerlan Qarayev bu xəbərə reaksiyasını bildirməlidir”.

Elgün

AzNews.az