ABŞ-ın İrana sanksiyalarının ikinci hissəsi başlayıb ABŞ-ın İrana sanksiyalarının ikinci hissəsi başlayıb

ABŞ-ın İrana qarşı bu gün qüvvəyə minmiş sanksiyaları: Nələr nəzərdə tutulur?

ABŞ-ın İrana sanksiyalarının ikinci hissəsi başlayıb

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi prezident Donald Trampın razılaşmanı ləğv etdiyini bildirdikdən sonra, İrana sanksiyaları 90 və 180 günlük 2 mərhələ ilə tətbiq edəcəklərini bildirdi. 90 gündən sonra ilk sanksiyalar 7 avqustda tətbiq olundu. ABŞ Xəzinə Nazirliyinin verdiyi 180 günlük vaxt bitəndən sonra ikinci mərhələ bu gün saat 08:00-də başlayıb.

İran prezidenti Həsən Ruhani isə İranın dövlət televizyasına verdiyi açıqlamada bu sanksiyaları qıracaqlarını və neft satmağa davam edəcəklərini bildirib.

Sanksiyalar 6 maddədən ibarətdir

Maddələrin əvvəlində İranın gəmiçilik və gəmi inşaatı sahələri gəlir. Sanksiyalar İran İslam Respublikası Gəmiçilik Xəttləri, Cənub Gəmiçilik Xətti kimi firmalar və onların ələqədə olduğu təşkilatlara aid edilir.

Xəzinə Nazirliyi sanksiyalarının ikinci maddəsi isə neftlə bağlıdır. İran Beynəlxalq Neft Şirkəti(NIOC) və Beynəlxalq Tanker Şirkətlərini də (NITC) əhatə edən sanksiyalar, İrandan neft, neft məhsulları və ya neftkimya məhsullarının alınmasına beynəlxalq məhdudiyyətlər qoyub.

Əsas hədəf iqtisadiyyatdır

Sanksiyaların hədəfində həm də İranın Mərkəz Bankı və müəyyən maliyyə qurumları ilə etdiyi əməliyyatlar dayanır. 5-ci və 6-cı maddələrdə isə sığorta şirkətləri və enerji sektoru yer alır.

700-dən çox adam qara siyahıya düşəcək.

ABŞ xəzinə naziri Steven Mnücin verdiyi açıqlamada sanksiyalar çərçivəsində 700-dən çox iranlının - adamlar və təşkilatların qara siyahıya düşəcəyini bildirib.

Pərvanə AĞAZADƏ
AzNews.az