AXCP sədri vətəndaşı təhqir etdi AXCP sədri vətəndaşı təhqir etdi

"İlham Əliyevin oğlu əskərlikdədir, sənin oğlun haradadır?" - Vətəndaşlardan Əli Kərimliyə sərt təpki

AXCP sədri vətəndaşı təhqir etdi

Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən anım mərasimində bir vətəndaş AXCP sədri Əli Kərimliyə yaxınlaşaraq ona Avropada əyləncəli həyat tərzi keçirən oğlu ilə bağlı suallar verib.

AzNews.az xəbər verir ki, adını dəqiqləşdirə bilmədiyimiz vətəndaş oğlunun kef məclisindəki şəklini Ə.Kərimliyə göstərərək soruşub:

"Oğlunuz Avropada necə maliyyələşir, deyə bilərsinizmi?".

Bu suala Ə.Kərimli və ətrafındakıların etirazından sonra vətəndaş cibindən daha bir şəkil çıxarır və deyir:

"Baxın, İlham Əliyevin oğlu hazırda hərbi xidmətdədir, vətənə şərəflə xidmət edir, bəs sizin oğlunuz haradadır?".

Bu suallar qarşısında Ə.Kərimli vətəndaşı təhqir edir.

Həmin görüntüləri təqdim edirik: