İş adamı AzNews.az-a verdiyi eksklüziv açıqlamada özünə necə haqq qazandırdı? İş adamı AzNews.az-a verdiyi eksklüziv açıqlamada özünə necə haqq qazandırdı?

"Şəhid ailəsini tanımıram" - Şərurlu İsfəndiyar danışdı

İş adamı AzNews.az-a verdiyi eksklüziv açıqlamada özünə necə haqq qazandırdı?

Xəbər verildiyi kimi, Ali Məhkəmənin qərarı ilə aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Şəhid ailəsinə göstərilən bu qəbuledilməz münasibətə görə "Şərurlu İsfəndiyar" kimi tanınan məşhur iş adamı, "Şərur İnşaat" MTK-nın rəhbəri İsfəndiyar Axundov sosial şəbəkələrdə vətəndaşların kəskin qınağına səbəb olub.

AzNews.az-ın əməkdaşı iş adamı İsfəndiyar Axundovla əlaqə saxlayıb.

- Şəhid polkovnik-leytenant Sənan Axundovun ailəsinin evi əlindən alınıb. Bu məsələdə cəmiyyət sizi ittiham edir. Haqlı ittihamlar deyilmi?

- İşin əsli belədir ki, bu məsələ “Kamran MMC” ilə Axundovlar ailəsinin arasında baş verib. Sənan Axundovun atası 13 il bundan əvvəl “Kamran MMC”dən ev alıb. Sənəd saxta olduğundan həmin şirkətin rəsmiləri həbs olunub. Onlar məhkəmənin qərarı ilə 13-17 il azadlıqdan məhrum edilib. Həmin adamlar 97 mənzili 270 nəfərə satıblar. Onlar həbs olunduqdan sonra bina yarımçıq qalıb. Binanın başa çatdırılması mənə tapşırılıb. Mən də həmin binanı başa çatdırdım və sakinlər hazırda orada yaşayır. Sənanın ailəsi şikayət edib ki, 11 il bundan əvvəl məhkəmənin verdiyi qərar düzgün deyil. Mən nə hüquqşünasam, nə ekspertəm, nə də rəy verə bilirəm. Məhkəmənin verdiyi qərardır, onu heç kəs dəyişdirə bilməz.

- Axı sizin maddi imkanlarınız kifayət qədər genişdir. Olmazdımı ki, məhkəmə şəhid ailəsinin evi ilə bağlı qərarını gözləmədən şəhid zabitin ailəsini mənzillə təmin edəydiniz?

- Azərbaycanda şəhid ailələrinə həmişə diqqət var. Allah ona rəhmət eləsin. Şəhid Sənan Axundovun anasından soruşun, görək məni tanıyırmı, bilirmi ki, mən kiməm? Bir dəfə də olsun, onları görməmişəm, heç bir müraciətlərini oxumamışam. Şirkət də mənim deyil. Bu məsələdə üçüncü tərəfəm.

- Sizin evini əlindən aldığınız şəhid ailəsi Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə yeni mənzillə təmin edilib. Bununla bağlı nə deyə bilərsiniz?

- Mən onları təbrik edirəm. Son zamanlarda mətbuatı və sosial şəbəkəni izləyirəm. Prezident və onun xanımı tək bu ailəyə deyil, hamıya kömək edir. İlham Əliyev hamının Prezidentidir. Onlarda böyük ürək var. Hər ikisi xalqını və millətini çox istəyir. Onlar hər bir adama dayaqdır.

Bahar RÜSTƏMLİ

AzNews.az