"Vəkilliyin statusuna və yüksək vəkil adına layiq olan regional qurumumuz olacaq" "Vəkilliyin statusuna və yüksək vəkil adına layiq olan regional qurumumuz olacaq"

Vəkillər Kollegiyasına Gəncə şəhərində inzibati bina bağışlandı - FOTO

"Vəkilliyin statusuna və yüksək vəkil adına layiq olan regional qurumumuz olacaq"

"Azərbaycan Respublikası Baş Prokurorluğunun balansında olan Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi, 49 ünvanında yerləşən ümumi sahəsi 718.3 kv.m olan ayrıca inzibati bina (Gəncə şəhər Prokurorluğun tarixi binası) əvəzsiz olaraq Vəkillər Kollegiyasına verilib".

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bu addım “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Baş nazir Novruz Məmmədovun 9 aprel 2019-cu il tarixli Sərəncamı ilə baş tutub.

"Bu gün vəkilliyin tarixinə növbəti əlamətdar gün kimi həkk olundu. Bu münasibətlə bütün vəkillərimizi təbrik edirəm! Nəhayət ki, Respublikanın qərb bölgəsində vəkilliyin statusuna və yüksək vəkil adına layiq olan regional qurumumuz olacaq. Bütün vəkil korpusu adından bu binanın VK-ya ayrılmasının təşəbbüskarı və qərarvericisi olan Cənab Prezident İlham Əliyevə vəkilliyin 100 illiyinə edilən bu dəyərli hədiyyəsinə görə öz dərin minnətdarlığımızı bildiririk" -deyə, A.Bağırov qeyd edib.

AzNews.az

image description image description image description