Real sədri reallıqdan getdikcə daha çox uzaqlaşır. Real sədri reallıqdan getdikcə daha çox uzaqlaşır.

İlqar Məmmədov “zurna”lıq oldu

Real sədri reallıqdan getdikcə daha çox uzaqlaşır.

Özünü “partiya” adlandırsa da, “Real” real olaraq bir dərnəkdir.

Bu dərnəyin sədri İlqar Məmmədov həbsxanada yatarkən, onun dərnəkdaşları sosial şəbəkələrdə aramsız təbliğat aparırdılar. İddia edirdilər ki, İlqar Məmmədov cəmiyyətdə çox böyük nüfuza malikdir və hətta o qədər böyük nüfuza malikdir ki, hakimiyyət onun azadlığa çıxmasından çəkinir. Əlbəttə, bütün bunlar blef idi. Ancaq müxalifət düşərgəsində İlqar Məmmədovdan müəyyən gözləntilər də vardı. Bir çox səmimi müxalifətçilər belə düşünürdülər ki, həbsdən çıxdıqdan sonra İlqar Məmmədov ənənəvi müxalifətin səhvlərini təkrar etməyəcək, daha rasional və daha təmkinli bir siyasət yürüdərək narazı elektoratın liderinə çevriləcək.

Liderlik keyfiyyətləri mütaliə və təcrübə ilə müəyyənləşmir, mütaliə və təcrübə doğuşdan formalaşan həmin keyfiyyətləri, sadəcə, cilalayır. İlqar Məmmədovun liderlik keyfiyyətlərinə malik olmadığı, onun süni bir obraz olduğunu Azərbaycan siyasətinin əksər biliciləri vurğulayır. Azərbaycan siyasətinin təcrübəli isimləri onun da fərqindədirlər ki, İlqar Məmmədov hər zaman özünü bəlli qaragüruha isbat etməyə çalışır. Bu da son nəticədə ona bəslənən ümidləri puça çıxardır. İlqar Məmmədiv bu baxımdan yenə təəccübləndirmədi. Onun adı zurna ilə üfürülməyə başlandı. İlqar Məmmədovun zurna dəliklərinə sığınmasına isə sosial şəbəkə istifadəçiləri tərəfindən yaxşı bir qiymət verilib.

Həmin dəyərləndirməni şərhsiz təqdim edirik:

Nazim Qurbanov

AzNews.az