ABŞ-ın İranla bağlı yeni sanksiyaları Xədicə İsmayılın mənəvi qardaşını vəlvələyə salıb ABŞ-ın İranla bağlı yeni sanksiyaları Xədicə İsmayılın mənəvi qardaşını vəlvələyə salıb

Bəydəmirlinin dəmiri çürüyür - Sabiq deputatın şirkətini iflasa aparan səbəblər

ABŞ-ın İranla bağlı yeni sanksiyaları Xədicə İsmayılın mənəvi qardaşını vəlvələyə salıb

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp İranın dəmir, mis, polad, alüminium sektoruna sanksiya tətbiq edib.

Ötən həftə Ağ Ev Trampın imzaladığı qərarnaməni yazılı açıqlama ilə elan etmişdi.

Tramp ABŞ-ın İranla nüvə anlaşmasından ayrılmasının 1-ci il dönümü ilə üst-üstə düşən qərarnamə haqqında belə danışmışdı:

“Bu gün İranın qeyri-neft sektorundan ən vacib ixracat gəlirinin qaynağı olan dəmir, polad, alüminium və mis sektorlarına sanksiyalar tətbiq edən rəhbərlik qərarını imzalayıram”.

Tramp İranın nüvə razılaşması ərzində terror qüvvələrinə dəstək verməyə davam etdiyini, raketlər hazırladığını və regional qarşıdurmalarda rol oynadığını deyib.

“Aldığımız qərarlar nəticəsində artıq İran rejimi terroru dəstəkləmə fondlarını tapmaqda çətinlik çəkir, iqtisadiyyatı depressiyaya düşür, hökumət gəlirləri quruyur və inflyasiya nəzarətdən çıxır”.

Tramp ABŞ-ın İrana tətbiq etdiyi maksimum təzyiq kampaniyasının uğurlu olduğunu deyib və son dövrlərdə rəhbərliyin yeni sanksiya qərarlarını nümunə kimi göstərib.

Xatırladaq ki, Tramp hakimiyyəti 8 may 2018-ci ildə 2015-ci ildə imzalanan İranla nüvə razılaşmasından çəkildiyini açıqlayıb.

Daha sonra Tehranın neft ixracatını hədəf alan sanksiyalar tətbiq edən ABŞ, aprel ayında İran İnqilab Keşikçilərini “xarici terror təşkilatları” siyahısına əlavə edib.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu sektora tətbiq olunan sanskiyaların işləmə qaydaları həm də bank sektoruna tətbiq olunan sanksiyalarla eynidir.

“İran tərəfə adı çəkilən xammalın satılması, yaxud adı çəkilən xammaldan düzəldən məhsulun ikili alqı-satqısı ilə bağlı müqavilələr bağlanacaqsa və bunun təsbiti mümkün olacaqsa, həmin şirkətlərə sanksiyaların tətbiq olunması gündəmə gələcək. Söhbət ölkələrə yox, məhz şirkətlərə sanksiyaların tətbiq olunmasından gedir. Çox güman ki, ətraf ölkələrdən əsasən bu tipli xammalın alınması gündəmə gəlir. Həmin ölkələrlə bağlı hər hansı formada bu sahələrdə əməkdaşlıq edən ölkə olacaqsa, ABŞ-ın sanksiyalarına tuş gələcək. Yəni onların hesablarının bağlanması, xarici tərəfdaşlıqla bağlı Amerika şirkətləri ilə müqavilələrinin dayandırılması və bu tipli bir çox məsələlər gündəmə gələcək. Bununla da həmin şirkətlərin İranla əməkdaşlıq etməsinin qarşısı alınacaq. Buna görə də bir çox şirkətlər, xüsusən də Avropa şirkətləri bu sanksiyalardan sonra İranla bu sahələrdə əməkdaşlıqdan çəkinirlər”.

Ekspert Rusiyaya qarşı böyük sanksiyaların olmasına baxmayaraq, rus şirkətlərinin də ABŞ-ın sanksiyalarından sonra İran bazarında hər hansı formada iştirak etməkdən çəkindiyini qeyd edib.

Natiq Cəfərli sanksiyaların Azərbaycana və İranda bu sektorla məşğul olan azərbaycanlı iş adamlarına təsirindən də danışıb:

“Ziyan müvafiq sahədə İranda iş quran Azərbaycan Respublikası vətəndaşı olan sahibkarlara dəyəcək. Həddindən artıq böyük olmasa da, bəzi şirkətlər bu işlə məşğuldurlar. Çox güman ki, bu şirkətlər də sanksiyalardan sonra İranla əməkdaşlığı dayandıracaqlar”.

Xatırladaq ki, İranda dəmir, polad və digər metal məmulatların istehsalı ilə məşğul olan şəxslərdən biri sabiq deputat, hazırda “Bəydərmirli” soyadı daşıyan Nazim Məmmədovdur. Nazim Məmmədov İranın Bonab şəhərində rusiyalı iş adamı, Voronejselmaş” zavodunun sahiblərindən olan Vyaçeslav İvanoviç Zaxarovla birgə “Javid Steel Bonab” dəmir istehsal zavodu açmışdı. O, 2015-ci ildə Azərbaycan kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada qonşu dövlətdəki fəaliyyəti barədə belə demişdi:

“İstehsalımız işə salınıb, 2 ildən çoxdur. Rusiya-İran əlaqələrini möhkəmləndiririk”.

Həmin ərəfəyə təsadüf edən başqa bir açıqlamasında isə o bildirirdi:

“Artıq iki ildir ki, Bonabda “Javid Steel Bonab co” şirkəti təsisi etmişəm və bu müəssisə İran bazarına qısa zamanda daxil olaraq aktiv fəaliyət göstərməkdədir. Qısa zamanda özünə etibar qazanıb və özünəməxsus yer tutmaqdadır”.

Maraqlıdır ki, “Javid Steel Bonab” şirkətinin internet saytı (www. Javidsteel.com) hazırda işləmir. Həmin saytın işləməməsi sabiq deputın İrandakı metal biznesinin üstünü pərdələmək cəhdi kimi yozula bilər.

Bununla belə, Trampın qərarından sonra canına vəlvələ düşmüş sabiq deputat İrandan metal materialların Azərbaycan bazarına çıxarılmasını əsas təşviqatçılarından olub. Bu məqsədlə Dövlət Gömrük Komitəsinin köhnə və yeni rəhbərliyini, həmçinin “Baku Steel Company” şirkətinə qarşı qərəzli açıqlamalar verib.

Ümumiyyətlə isə, milli təəssübkeşlik və qeyrət baxımından “Xədicə İsmayılın mənəvi qardaşı” kimi tanınan Nazim Bəydəmirli hər zaman öz şəxsi mənfəətlərini ön planda tutmaqla fərqlənib. Azərbaycan-Türkiyə münasibətlərinin istiliyi hər zaman onu yandırıb, İranda şirkət açandan sonra qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan əleyhinə təbliğat aparıb, hətta FETÖ-nun dövlət çevrilişə cəhd etdiyi gün qardaş ölkə liderinin əleyhinə status yazıb. Bu cür təbliğatın aparılmasında onun vaxtilə Azərbaycanda “Atahan Demir Senayi” adlı şirkətdə Fətullah Gülən tərəfdarları ilə ortaq olması ehtimalına yol açıb.

Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyini rəsmi saytında əks olunan məlumatlara görə, Məmmədov Nazim Hüseyn oğlu "Atahan Dəmir Sənaye” MMC-nin qanuni təmsilçisi olub. "Atahan Dəmir Sənaye” MMC 1000092671 saylı VÖEN-lə 2003-cü ildə qeydiyyatdan keçib. Yenə həmin nazirliyin rəsmi saytından məlum olurdu ki, MMC Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097- ci məhəllədə qeydiyyatdan keçib. MMC-nin adını- "Atahan Dəmir Sənaye” Google axtarış sistemində arayan zaman özünü "Atahan Dəmir Sənaye”nin təmsilçisi kimi təqdim edən başqa bir şəxsin də kimliyi üzə çıxır.

Həmin şəxs "Ahmet Atahan” isimli və soyadlı Türkiyə mənşəli şəxsdir. Bu məlumat TUSİAB adlanan və Azərbaycan mediası tərəfindən dəfələrlə "Fətullah Gülənin Azərbaycandakı iş adamları şəbəkəsi” kimi təqdim edilən qurumun rəsmi saytında yayınlanıb. Həmin şəxsin sosial şəbəkə profillərindən o da məlum olurdu ki, Ahmet Atahan adlı şəxs Türkiyənin Balıqəsir bölgəsindəndir. İnternet axtarış sistemlərində üzə çıxan məlumatlardan o da aydın olur ki, Türkiyənin Balıqəsir bölgəsində "Atahan Demir Sənaye” adlı bir şirkət də movcuddur. Ardını Nazim Məmmədovun Virtualaz.org saytına verdiyi açıqlamadan oxuyaq:

"Mənim səhmdarı olduğum "Ataxan Dəmir Sənaye” MMC 2003-cü ildə dövlət qeydyyatından keçib, 2004-cü ildə fəaliyyətə başlamışıq. Yüz faiz xarici investisiyalı həmin müəssəyə mən 50 faiz payla şərik olmuşam və ora 700 min dollar məbləğində investisiya yatırmışam”.

2012-ci ildə "”Bzim Yol” qəzetinin internet versiyasında dərc olunmuş bir xəbərdə "Atahan Dəmir Sənaye” MMC Azərbaycan-Türkiyə birgə müəssisəsi kimi təqdim olunur.

Beləliklə, Nazim Məmmədovun özünü "Atahan Dəmir Sənaye”nin patronu və ya partronlarından biri kimi təqdim edən Ahmet Atahanla əlaqələrinin mövcudluğu şübhəli görünmür.

Nazim Məmmədovun FETÖ qiyamı zamanı Rəcəb Tayyib Ərdoğan əleyhinə status yazması da elə bu baxımdan ilgincdir.

Ümumiyyətlə, Azərbaycan Vergilər Nazirliyinin dəfələrlə vergidən yayınmaqda ittiham etdiyi, maliyyə pozuntuları və maliyyə öhdəliklərinin yerinə yetirilməməsi və bu kimi çoxsaylı əməllərinə görə dəfələrlə məhkəmələrdə sürünmüş və elə bu səbəbdən də cəmiyyətdə "məhkəmələrdə sürünən Nazim” imici qazanmış Bəydəmirlinin iqtisadi sektordakı fəaliyyəti kimi, siyasi fəaliyyəti də müəmmalarla doludur. Budur, o, “quyruğu qapı arasında qalanda” özünü YAP üzvü kimi təqdim etsə də, 2015-ci ilin parlament seçkilərində MSK-ya təqdim etdiyi ərizədə siyasi mənsubiyyətinin olmadığını qeyd edib. Deputat olduğu dönəmdə isə, qanunları kobud şəkildə pozaraq biznes fəaliyyəti ilə məşğul olub, hətta mülkiyyət yağmalamaq uğrunda apardığı mübarizə məhkəmə predmetnə çevrilib.

AzNews.az