Bəlkə, oturub fikirləşəsiniz ki, problem elə sizin özünüzdədir? Bəlkə, oturub fikirləşəsiniz ki, problem elə sizin özünüzdədir?

Bəs, Natiq Adilovun ittihamlarına niyə cavab vermirsən, Aslan İsmayılov? - “Bizə yazırlar”

Bəlkə, oturub fikirləşəsiniz ki, problem elə sizin özünüzdədir?

Nurlan Qələndərli adlı bir soydaşımız keçmiş vəkil Aslan İsmayılovun "Facebook" sosial şəbəkəsindəki səhifəsində öz rəyini açıqlayıb. O, AzNews.az xəbər portalına müraciət edərək həmin rəyin saytımızda yayımlanmasını xahiş edib. Soydaşımızın xahişini nəzərə alaraq, həmin yazını olduğu kimi diqqətinizə çatdırırıq:

"Aslan müəllim, gəlin əyri oturaq, düz danışaq

Bunun üçün isə ünvanınıza yönələn suallara cavab verməyiniz lazımdır. Məsələn, elə ilk olaraq Natiq Adilovun haqqınızdakı fikirlərinə susqun qalmağınızdan başlayaq. Maraqlıdır, nə üçün susqunsunuz, niyə bəhs olunan ittihamlara hər hansı bir münasibət bildirmirsiniz? Axi kifayət qədər ciddi ittihamlardır. İstəsəniz, sizə dəqiqliklə xatırlada bilərəm. Məsələn, N. Adilov sizi hakimiyyətdaxili klanlardan birinin maşası olmaqda ittiham edir. Üstəlik, sizin apardığınız "mübarizə"nin saxta və qərəzli olduğunu vurğulayır. Bu məqamlara niyə aydınlıq gətirmirsiniz?

Maraqlı olan digər nüans bilirsiniz nədir? Hər hansı bir hakimiyyət nümayəndəsi sizin haqqınızda tənqidi xarakterli fikirlər səsləndirsəydi, dərhal səs-küy salacaq və bu faktdan özünüzü təbliğ - reklam etmək üçün istifadə edərək "baxın, hakimiyyət məni ciddiyə alır" rəyi formalaşdırmağa çalışacaqdınız. Amma təxminən eyni cəbhədə yer aldığınız Natiq Adilovun sizə qarşı kifayət qədər ciddi ittihamlarına nə üçün cavab vermirsiniz, susqunluq nümayiş etdirirsiniz? Başqa bir nüans: siz hakimiyyəti tənqid edirsiniz, həmçinin iddianız budur ki, hakimiyyət də sizin haqqınızda mənfi rəy yaratmağa çalışır. Bəs eyni cəbhədə yer aldığınız Natiq Adilov niyə sizə qarşı kifayət qədər ciddi xarakter daşıyan bu ittihamları irəli sürür?! Hətta o, "ictimai-siyasi portret"inizin cizgilərini təsvir edərək sizin siyasi lider, yaxşı hüquqşünas olmaq arzunuza nail ola bilmədiyinizi, buna görə də düşmən kəsildiyinizi bildirir. Natiq Adilov, üstəlik, sizdə alicənablıq və müdriklik xüsusiyyətinin olmadığına görə ziyalı olmaq arzunuzun gözünüzdə qaldığını aşkar şəkildə ifadə edir.

Maraqlıdır, sizi bu ittihamlara cavab verməkdən çəkindirən nədir - hansı səbəblər və amillərdir? Bəlkə, oturub fikirləşəsiniz ki, başqalarını və bütövlükdə hakimiyyəti tənqid etməyinizə, çoxsaylı ittihamlar səsləndirməyinizə baxmayaraq, problem elə sizin özünüzdədir..."

AzNews.az