Separatçı rejim özünün qanunsuz əməllərinə son qoymalıdır

Qarabağ İqtisadi rayonu ətrafında cərayan edən proseslər artıq yeni bir istiqamətdə inkişaf edir. Separatçı qüvvələrin Dəmirli və Qızılbulaq yataqlarını qanunsuz olaraq istismar etməsinə, general mayor Andrey Volkov rəhbərliyindəki sülməramlıların məramlarından kənar fəaliyyətlərinə qarşı dekabrın 9-dan başlayaraq ölkəmizdə ekalogiya sahəsi ilə bağlı ixtisaslaşmış Qeyri-Hökümət Təşkilatları və ictimai fəallar Xankəndi-Laçın yolunda haqlı olaraq öz etirazlarını bildirilər. Yaranmış situasiyanın siyasi tərəflərini şərh etməzdən öncə hadisələrin hazırkı vəziyyətdə cərayan etməsinə səbəb olan iqtisadi maraqları şərh etmək lazımdır. Bilindiyi kimi Qarabağ iqtisadi rayonu, dəmir, mis-molibden, filiz, qızıl kimi qiymətli yeraltı sərvətlərlə zəngindir və bu zənginlik təkcə Ermənistanı yox digər qüvvələridə bölgəyə cəlb edir. İşğaldan öncə bölgədə təsbit edilmiş 151 faydalı qazıntı yatağının 52-si məhz 1993-2020-ci illəri əhatə edən işğal dönəmində istismara verilib. Bundan başqa münaqişənin bitməsinə baxmayaq bu fəaliyyətlər əvvəlki qədər geniş əraziləri əhatə etməsə də müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə daha intensiv şəkildə davam etməkdədir. Müşahidələrdən aydın olur ki, ermənilər Qızılbulaq və Dəmirli yataqlarında talanın miqyasını iki dəfədən cox artırmışdır və qanunsuz istismar zamanı heç bir ekoloji normaya əməl edilmir, tulantı sularının təmizlənməsi və sahənin reabilitasiyasısı aparılmır. Nəticədə çaylarda dayanıqlı çöküntü çirklənməsi və suyun, torpağın və biotanın çirklənməsi artır. Qarabağdan çıxarılan qiymətli metallardan Avropada və Avropadan kənarda bir çox brend markalı məhsulların istehsalında istifadə edilir. Xüsusi ilə Qızılbulaq yatağından çıxarılan qızıldan dünya üzrə saat brendləri arasında öncül yeri tutan Franc Muller saatlarının istehsalında istifadə edilir və həmin markanın sahibi İsveçrə vətandaşı olan erməni əsilli Vartan Sirmakesdir. O, İsveçirədəki erməni diasporunun əsas nümayəndəsi, həmçinin “ArmSwissBank” ın rəhbəridir. Vartan Sirmakes məhz, Azərbaycan sərvətlərini talan etmək üçün FrancMuller şirkətinin İrəvan nümayəndəliyin də təhsiz edib və qanunsuz şəkildə əldə olunan gəlirlərlə Ermənistan iqtisadiyyatına yatırımlar edilir. Heç şüphəsiz, Kremldən xüsusi göstəriş alaraq Qarabağda qanunsuz fəaliyyətlər icra edən Ruben Vardanyanın bu işlərin icrasında Vartan Sirmakeslə hər hansı bir ortaqlığının olması istisna deyil. Hər ikisi kifayət qədər geniş məliyyə imkanlarına sahib şəxslərdir və qanunsuz fəaliyyətlər icra etmək hər ikisinin ortaq məramıdır. Sadalanan bütün bunlar Qarabağ İqtisadi rayonu ətrafında olan iqtisadi maraqların kiçik bir mənzərəsidir.

Məsələnin siyasi tərəfinin şərhi daha geniş aspektdən yanaşma tələb edir. Çünki Qarabağ İqtisadi rayonuda daxil olmaqla ümümilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin gərgiləşməsində maraqlı olan qüvvələr və dövlətlər kifayət qədərdir. Rusiya, Fransa, İran üçlüsü Azərbaycan-Ermənistan arasında münasibətlərin gərginləşməsində, ən azından normallaşma münasibətlərin olmasında maraqlı deyil və bunun qarşısını almaq üçün mümkün olan bütün siyasi riçaklardan istifadə edirlər. İki xalq arasında olan münaqişə Kremlin regionda olan varlığının qarantıdır və Rusiya onu da yaxşı anlayır ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırması özünün İrəvan üzərində olan hakimiyyətinə ciddi zərbə vuracaq. Çünki qapalı olan komunikasiya xəttləri açılsa Ermənistanın Rusiyadan iqtisadi aslılığı böyük ölçüdə azalmış olacaq və onsuz da qərbmeyilli siyasət həyata keçirən Paşiniyan ölkəsində olan rus varlığını sonlandırmaq istəyəcək. Bütün bunları anlayan Moskva xüsusi misiya ilə Qarabağa göndərdiyi Ruben Vardanyanın ermənilər arasında nüfuzunu artırmaqla Paşiniyanı onunla əvəzləmək məqsədləri güdür. İranın maraqlarına gəldikdə isə onların Ermənistanla bağlı hər hansı bir xüsusi planları yoxdur. Əsas məqsədləri birmənalı olaraq Azərbaycanın güclənməsinin qarşısını almaqdır. Çünki fars rejimi hər zaman güclü və qüdrətli Azərbaycanı özünə ən böyük təhdid kimi yanaşır və ölkəmizin güclənməsinin Güney Azərbaycanda azadlıq meyillərinə stimul olacağından ehtiyyat edir. Bu səbəblə Ermənistanı silahlandırır və Azərbaycanla sərhəd olan kəndlərə, şəhərlərə vaxtaşırı olaraq kürdləri və ASALA teror təşkilatı mənsublarını köçürür. Molla rejimi bu qüvvələrdən gələcəkdə Güney Azərbaycana qarşı istifadə etmək niyyətindədir.

Fransanın Ermənistanı dəstəkləməsi isə heç də nümayiş etdirdikləri kimi erməni sevgisindən irəli gəlmir. Rəsmi Parisin regionla bağlı xüsusi planları var. Fransa Rusiyanın regionda itirdiyi mövqeylərə yiyələnmək istəyir və bunun üçün ən uyğun variant Ermənistandır. Paris yaxşı anlayır ki, Cənubi Qazfqaz və Mərkəzi Asiyada əsas gücə çevrilmək yolunda inamla irəliləyən Türkiyə Aralıq dənizində və Afrikada Fransanın mövqelərinə dahada intensiv zərbələr vuracaq. Həmçinin Azərbaycan və Türkiyənin liderliyi ilə regionun artan iqtisadi və enerji imkanları, tranzit potensialı Fransanın bölgəyə olan maraqını artırır. Məhz regionda siyasi və iqtisadi maraqları olan güclər ölkəmizə qarşı qərəzli və həqiqətləri təhrif edən fikirlər səsləndirirlər. Onlar, dinc aksiyaya siyasi don geyindirməklə ölkəmizi, yerli erməniləri blokadaya almaqla ittiham edirlər. Lakin bütün bunlar həqiqəti əks etdirmir və erməni lobisinin əsarətində olan siyasilarin cəfəng iddialarından başqa bir şey deyil. Əksinə həmin dövlətlərin və siyasilərin Ermənistanın həyata keçiridiyi təcavüzkar siyasətə hər hansı bir münasibət bildirməməsi, onların işğalçı Ermənistanla eyni mahiyyət kəsb etmələrini bir daha təsdiqləyir.

“İntibah” Sosial Araşdırmalar və Siyasi Təhlil Mərkəzi