Sorosakanın GONGO-ları və ABŞ səfirliyinə xatırlatma

Bizim QHT-lər Xankəndi yolunda ekoloji tələblərlə aksiya keçirəndə Ermənistan mediasının və vətəndaş cəmiyyəti fəallarının ən "sevimli" işi iştirakçıların "Azərbaycan xüsusi xidmət orqanlarının agentləri" olmasını iddia etmək idi.

Erməni QHT nümayəndələri bu yöndə beynəlxalq təşkilatlara ard-arda donoslar göndərirdilər.

Dünən ekoloji yönümlü 25 QHT- biri də bizim "Pragma" İB idi- Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinə səsləndi.

Dedik, buyurun, Araz çayına qarşı yaranan ekosid təhlükəsinə qarşı səsinizi ucaldın.

Qımıldanmırlar belə!

İlk növbədə ona görə ki, Arazdəyəndə zavod inşa edən şirkətin mənsub olduğu ABŞ-dakı fondlardan kisə-kisə qrantlar alırlar.

İkincisi, Nikol Paşinyan hökumətinin yedəyindədirlər.

Bu da Ermənistanda müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının yox, GONGO sisteminin olmasına dəlalət edir.

Təsadüfən Ermənistana Sorosakan demirlər ki...

Sorosakanın GONGO-larından səs-səmir çıxmasa da, bu gün axşam saatlarında Ermənistanın Ətraf mühiti mühafizə nazirliyi Azərbaycanın ekoloji yönümlü QHT-lərinin bəyanatına reaksiya verib.

Nazirlik bildirib ki, Azərbaycan QHT-lərinin narahatçığına əsas yoxdur. Çünki və guya həmin ölkədə təbiətin qayğısına diqqət ən yüksək həddədir.

Bu, əlbəttə, ağ yalandır.

Ermənistan müasir dünya üçün heç bir inkişaf perspektivi vəd etməyən ərazidir.

Bəli, dövlət və ölkə yox, məhz ərazidir!

Öz inkişaf səviyyəsinə görə dünyada plintusdan da aşağı səviyyədə olan, sivilizasiyanın dibində eşələnən bir toplumdur.

Adətən bu cür ərazilərdə təbii sərvətlər ağına-bozuna baxılmadan, heç bir standart gözlənilmədən istismar edilir.

Yaxın tarixdə bunun minlərlə örnəyi var- Afrikaya boylanmaq yetər.

Ancaq ABŞ-ın ağlı Afrikaya getməsin, Cənubi Qafqaz tamam fərqli bir regiondur.

Bu regionda Araz çayı biz azərbaycanlılar üçün son dərəcə qutsal bir axardır.

Bu çayın "Ermənistan" adlanan ərazilərdən keçən digər su hövzələri kimi çirkləndirilməsinə, coğrafi və mənəvi dünyamıza çirkab axıdılmasına göz yummayacağıq.

Qətiyyən pafosla danışıram.

Bizim xalqımız bir çox şeydə səbr göstərə, təmkin nümayiş etdirə bilər.

Ancaq yol kənarında bitən tək ağacların dibinə daş qoymaqla seldən-sudan qorumağı ibadət hesab edən bir cəmiyyət, suya sidik ifraz etməyi belə ən böyük günahlardan sayan bir xalq qutsal saydığı, şeirlər, mahnılar qoşduğu Arazın metal tullantılarının hövzəsinə çevrilməsi əsla razı olmaz.

Ermənistan Qərbi Zəngəzurda bütün mədəni irsimizi məhv etməsi azmış kimi, indi də Azərbaycana metal tullantıları axıtmaq, Naxçıvanı səhralaşdırmaq istəyir.

Biz erməni vandalizminin nəticələrini Qarabağda aradan qaldırmamış indi ABŞ sərmayəsinə arxalanıb Naxçıvanı ekoloji hücuma məruz qoyurlar.

Bir jurnalist, baş redaktor, "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin rəhbəri kimi ABŞ-ın Bakıdakı səfirliyinə səslənirəm.

Nə qədər gec deyil, Vaşinqtonu, Ağ evi, Administrasiyanızı xəbərdar edin, bu çirkli plandan, bəşəriyyət əleyhinə cinayəti maliyyələşdirməkdən əl çəksinlər.

Bu günə qədər Azərbaycanda hər şeyə rəğmən anti-amerikan dalğası olmayıb.

ABŞ-ın dünyadakı mövqeyinin fərqində olan və ölkəmiz üçün strateji əhəmiyyətini başa düşən bir şəxs kimi bu dalğanın yaranmasına hər zaman qarşı olmuşam.

Amma əminəm ki, bu olaydan sonra Azərbaycan ictimai şüuru ABŞ-ı heç vaxt əfv etməyəcək, biləsiniz.

Necə ki, 1980-ci illərin sonlarında Şuşa yaxınlığındakı Topxana meşəsinin qırılmasına görə SSRİ-ni bağışlamadı.

Azərbaycan cəmiyyətinin Topxananın harayına necə qalxdığını və xalqımızın SSRİ-nin dağılmasına necə rəvac verdiyini bir az öyrənin.

Baxın, ledilər və centlmenlər, ermənilərin 44 günlük savaşa qədər Qarabağ torpaqlarında törətdikləri onu təsdiq edir ki, Qafqaza əsasən Çar Rusiyasının əsgərlərinin müşayəti ilə köçürülmüş bu xalq təxminən 30 il işğal altında saxladıqları ərazilərə heç zaman vətən kimi baxmayıblar, baxa bilməyiblər.

İndi Araz çayına qənim kəsilmələri isə onu təsdiq edir ki, "tarixin ən qədim vandalları" heç Ermənistanın ərazilərinə də vətən kimi yanaşmırlar.

Ancaq Azərbaycan xalqı Arazın bu tayını da, o tayını da, hətta keçdiyi Ermənistan Respublikasının ərazilərini də yurd sayır, ana vətən bilir.

Taleh ŞAHSUVARLI