- EKONEWS
- 24 Yanvar 2024 18:49
- 5 439
ŞƏT-in müşahidəçilər missiyası Bakıya gələcək
Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün Şanxay Əəməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gələcək.
Aznews.az təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, dəvət Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilib.
Müşahidəçilər missiyasına ŞƏT-in Baş katibi Çjan Min başçılıq edəcək.