• EKONEWS
  • 7 Fevral 2024 10:36
  •  4 612

Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində aktivlik yüksək səviyyədədir

"İndiyədək 200-ə yaxın seçici səs verib. Aktivlik çox yüksək səviyyədədir".

Bunu "Report"a açıqlamasında 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Süleyman Əliyev deyib.

O bildirib ki, yerli və xarici müşahidəçilər səsvermə prosesini izləyirlər:

"Müşahidəçilərin ümumi təəssüratı yaxşıdır. Onlar bizə prosesin şəffaf aparıldığını söyləyirlər. Mütəmadi növbə dəyişilir, müşahidəçilər gedib-gəlirlər. İndiyədək heç bir qanun pozuntusu və ya neqativ hal qeydə alınmayıb".