- EKONEWS
- 7 Fevral 2024 12:05
- 7 731
Elşad Paşasoy: "Azərbaycanın bütövlüyünə, zəfərinə səs verdik"
Tanınmış yazar Elşad Paşasoy 7 fevral növbədənkənar prezident seçkilərində səs verib.
AzNews.az xəbər verir ki, bunu Elşad Paşasoy feysbuk səhifəsində yazıb.
“Aydanım ilk dəfə səsvermə hüququndan istifadə edir. Həm də müşahidəçi olaraq seçkiyə qatılıb. Azərbaycanın işıqlı və parlaq gələcəyinə, bütövlüyünə, zəfərinə səs verdik. Uca Yaradan yar və yardımçımız, Dövlətimiz əbədi qürurumuz olsun”, - deyə o əlavə edib.