İsrail-Livan danışıqlarının üçüncü mərhələsi başlayıb

Donald Trampın elan etdiyi atəşkəsdən sonra İsrail və Livan arasında aparılan danışıqların üçüncü mərhələsi başlayıb.

İsrail və ərəb mediasına danışan rəsmilərin məlumatına görə, Vaşinqtonda ABŞ Dövlət Departamentində birbaşa görüşlər yerli vaxtla saat 09:00 radələrində başlayıb.

Danışıqlarda ABŞ tərəfdən Mişel İsa, Mayk Hakabi və Mayk Nidhem iştirak edir.

Livan nümayəndə heyətində Nada Həmadə və Simon Karam yer alıb.

İsrail tərəfini isə Yexiel Layter və Yossi Draznin təmsil edir.

Mövsüm,

AzNews.az