Səudiyyə Ərəbistanı İranla qarşılıqlı hücum etməmə sazişini müzakirə edir

Səudiyyə Ərəbistanı Yaxın Şərqdə müharibədən sonrakı gərginliyin idarə olunması çərçivəsində İranla mümkün qarşılıqlı hücum etməmə sazişini müzakirə edib.

“Financial Times”ın diplomatlara istinadən yaydığı məlumata görə, Ər-Riyad Avropada Helsinki Prosesi modelinə bənzər mexanizmi nəzərdən keçirir. Həmin təşəbbüs Soyuq müharibə dövründə gərginliyin azalmasına xidmət etmişdi.

Məlumata görə, ərəb diplomatlarından biri belə bir sazişin əksər ərəb və müsəlman dövlətləri, həmçinin İran tərəfindən müsbət qarşılanacağını bildirib.

Bununla yanaşı, xəbərdə qeyd edilir ki, prosesdə İsrailin iştirakı ilə bağlı ciddi suallar mövcuddur. Diplomatik mənbələrə görə, İsrailin kənarda qalması əks nəticə verə bilər.

Məlumatda həmçinin bəzi Avropa paytaxtları və Avropa İttifaqı qurumlarının Səudiyyə Ərəbistanının təşəbbüsünü dəstəklədiyi, lakin Birləşmiş Ərəb Əmirliklərinin belə bir mexanizmə qoşulub-qoşulmayacağı ilə bağlı şübhələrin olduğu bildirilib.

Mövsüm,

AzNews.az