• EKONEWS
  • 8 Fevral 2024 10:37
  •  4 652

TÜRKSOY-un Baş katibi: "İlham Əliyevin qələbəsi Azərbaycan xalqının və türk dünyasının qələbəsidir"

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevin qələbəsi Azərbaycan xalqının və bütün türk dünyasının qələbəsidir.

Bu barədə "Report"a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib.

Onun sözlərinə görə, İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən biri Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır: “Bu, həqiqətən də prezidentin qəhrəmanlıq addımıdır. İlham Əliyevi türk dünyasının lideri, türk dünyası düzəninin memarlarından biri hesab edirik. Mən Prezidenti belə parlaq qələbə münasibətilə təbrik edirəm. Bütün xalq onu dəstəklədi. Mən bunu Azərbaycan tarixində ən parlaq hadisələrdən biri hesab edirəm”.