• EKONEWS
  • 8 Fevral 2024 11:32
  •  4 551

Sergey Lebedev: "Prezident seçkiləri Azərbaycan konstitusiyasına tam uyğundur"

Belə qənaətə gəldik ki, növbədənkənar prezident seçkiləri Azərbaycan konstitusiyasına tam uyğundur.

Bunu MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, seçkilər tam şəffaf və aktiv həyata keçirilib: "MDB missiyası hesab edir ki, seçkilər dayanıqlı seçki qanununa uyğun olmalıdır. Bu məsələlərdə beynəlxalq təşkilatların tələbləri və s. nəzərə alınması düzgün deyil".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.