- EKONEWS
- 8 Fevral 2024 12:38
- 6 148
Zelenski İlham Əliyevi təbrik edib
Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
Ukrayna prezidenti özünün “X” hesabında İlham Əliyevə xalqın rifahı naminə gələcək uğurlu və səmərəli fəaliyyət arzulayıb:
“İlham Əliyevi yeni müddətə Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edirəm".