Görüşü saat 17:00-da başlayacaq Görüşü saat 17:00-da başlayacaq
  • Fanat
  • 2 Noyabr 2018 14:57
  •  1 552

"Qəbələ" - "Herta" matçının hakimləri açıqlanıb

Görüşü saat 17:00-da başlayacaq

UEFA Gənclər Liqasının II mərhələsində "Qəbələ" və Almaniyanın "Herta" komandaları arasında keçiriləcək ilk oyunun təyinatları açıqlanıb.

"Report" əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Qəbələ şəhər stadionundakı görüşün baş hakimi Daniyar Saxi, onun köməkçiləri isə Rustam Matyakubov və Maral Abdikerov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Azərbaycan təmsilçisi İnqilab Məmmədov yerinə yetirəcək.

Oyuna AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik hakim-inspektor, monteneqrolu Aleksandra Ana Raspopoviç isə UEFA nümayəndəsi kimi təyinat alıb.

Xatırladaq ki, noyabrın 7-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Herta” görüşü saat 17:00-da başlayacaq. Cavab qarşılaşması isə noyabrın 28-də Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. (report)

© AzNews.az