İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Arsen Venger Qətər yığmasına rəhbərlik edə bilər. İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Arsen Venger Qətər yığmasına rəhbərlik edə bilər.
  • Fanat
  • 8 Yanvar 2019 10:42
  •  1 359

Arsen Venger Qətər millisinə rəhbərlik edə bilər

İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Arsen Venger Qətər yığmasına rəhbərlik edə bilər.

“France Football” xəbər verir ki, yerli federasiya 70 yaşlı fransalı mütəxəssisdən yığmanı Qətərin 2022-ci ildə ev sahibliyi edəcəyi dünya çempionatına hazırlamasını istəyir. Hazırda o, baş məşqçi postuna əsas namizəddir.

Qeyd edək ki, Arsen Venger 1996 - 2018-ci illərdə “Arsenal”a rəhbərlik edib. Venger bu müddətdə London klubu ilə 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Təcrübəli mütəxəssis eyni zamanda, 7 dəfə İngiltərə Kubokunu və eyni sayda ölkə Super Kubokunu qazanıb.(report.az)

© AzNews.az