2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib. 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.
  • Fanat
  • 11 Yanvar 2019 16:20
  •  1 183

”Qəbələ”də yeni hücumçu

2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.

“Qırmızı-qaralar” gürcüstanlı futbolçu Davit Volkovini heyətinə qatıb. 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Son klubu “Saburtalo” olan Volkovi 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda “Qaqra” (2012-2013), Tbilisi “Dinamo”su (2013-2016), həmçinin icarə əsasında “Dinamo-2” (2013-2015), “Çixura” (2016) və “Sioni” (2016) komandalarında çıxış edib. O, 2017-ci ildə Serbiyanın “Zemun” klubunda legioner həyatı yaşayıb.

Xatırladaq ki, “Qəbələ” bunadək Azərbaycan millisinin qapıçısı Anar Nəzirovu transfer edib.

© AzNews.az