Azərbaycan millisi Moskva "Spartak"ı ilə qarşılaşacaq. Azərbaycan millisi Moskva "Spartak"ı ilə qarşılaşacaq.
  • Fanat
  • 17 Yanvar 2019 14:12
  •  1 290

Millimiz Moskva “Spartak”ı ilə qarşılaşacaq

Azərbaycan millisi Moskva "Spartak"ı ilə qarşılaşacaq.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında bir yoxlama oyunu keçirəcək.

Bu barədə yığmanın məşqçisi Elbrus Məmmədov məlumat verib. O, bildirib ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində Rusiya "Spartak"ının əvəzedici komandası ilə üz-üzə gələcək. Oyun yanvarın 24-də Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanın U-21 yığmasının təlim məşq toplanışı yanvarın 21-dən 24-dək davam edəcək.(report.az)

© AzNews.az