O, tennis tarixində yeni rekorda imza atıb. O, tennis tarixində yeni rekorda imza atıb.
  • Fanat
  • 27 Yanvar 2019 23:10
  •  1 989

Novak Cokoviç yeddinci dəfə “Australian Open” turnirinin qalibi oldu

O, tennis tarixində yeni rekorda imza atıb.

Serbiyalı tennisçi Novak Cokoviç “Australian Open-2019” turnirinin final görüşündə Rafael Nadala qalib gələrək turnirin qalibi olub.

Ümumi mükafat fondu 44,5 milyon dollar olan turnirin final qarşılaşması iki saatdan artıq davam edib.

Qeyd edək ki, serbiyalı tennisçi karyerası ərzində yeddinci dəfə “Australian Open” turnirinin qalibi olub. Novak tennis tarixində yeni rekorda imza atıb. O, karyerası ərzində 73 titul qazanıb.

Bu tennisçilər 53-cü dəfədir ki, bir-biri ilə görüşürlər. Onların 28-də Novak, 25-də isə Rafael qalib ayrılıb. (trend)

AzNews.az