Azərbaycanlı idmançı haqda film beynəlxalq festivalın proqramına düşüb Azərbaycanlı idmançı haqda film beynəlxalq festivalın proqramına düşüb
  • Fanat
  • 29 Yanvar 2019 13:44
  •  1 386

İdmançımızdan bəhs edən film beynəlxalq festivalda

Azərbaycanlı idmançı haqda film beynəlxalq festivalın proqramına düşüb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin məlumatına görə, müəllifi Mariya İbrahimova olan "Uçmaq istəyirəm" (I want to fly) filmi "İtaliya-Azərbaycan" beynəlxalq film festivalında nümayiş olunub.

AzNews.az xəbər verir ki, filmin qəhrəmanı yol qəzası nəticəsində onurğa zədəsi almış və o gündən etibarən əlil arabası istifadəçisi olan Kamal Məmmədovdur. Qəzadan sonra o yataq xəstəsi olsa da, sınmayıb. Əzmkarlığı, iradəsi və ailəsinin dəstəyi ilə yaşamağa və yeni uğurlar qazanmağa davam edib. Kamal Məmmədov öz fəaliyyəti ilə cəmiyyətə fayda verməkdə davam edir. O hazırda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibidir.

Layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın qala gecəsi baş tutacaq. Qala gecəsində festivalın qalibləri elan olunacaq.

Səidə Nurməmmədli
AzNews.az