Toplantı fevralın 13-dən 15-dək 47 milli federasiyaların başçılarının iştirakı ilə start götürəcək. Toplantı fevralın 13-dən 15-dək 47 milli federasiyaların başçılarının iştirakı ilə start götürəcək.
  • Fanat
  • 12 Fevral 2019 18:36
  •  1 651

FİFA-nın növbəti İcraedici Futbol Sammiti Türkiyədə keçiriləcək

Toplantı fevralın 13-dən 15-dək 47 milli federasiyaların başçılarının iştirakı ilə start götürəcək.

FİFA-nın növbəti İcraedici Futbol Sammiti Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Toplantı fevralın 13-dən 15-dək 47 milli federasiyaların başçılarının iştirakı ilə start götürəcək. İclasda FIFA yarışları və videotəkrar sistemi (VAR) başda olmaqla əsas gündəm maddələri müzakirə olunacaq.

FIFA-nın 2018-2019 mövsümü üçün İcraedici Futbol Sammiti dekabrın 11-13-də Qətərin paytaxtı Dohada, yanvarın 15-17-də Mərakeşdə baş tutub. Növbəti iki sammit isə fevralın 13-15-də İstanbulda, fevralda 24-28-də isə İtaliyanın paytaxtı Romada olacaq.

İclasdan sonra qurumun prezidenti Canni İnfantino fevralın 15-də mətbuat konfransı təşkil edəcək.

Qeyd edək ki, FIFA-nın İcraedici Futbol Sammiti 2017-ci ilin noyabrında Bakıda keçirilib. (report)

AzNews.az