- Fanat
- 15 Mart 2019 21:18
- 2 065
"Qarabağ"la "Neftçi"nin xalı bərabərləşdi

İlk hissədə "Neftçi"nin hücumları olsa da, hesabı açmaq mümkün olmayıb.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun son oyunu keçirilib.
"Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
İlk hissədə "Neftçi"nin hücumları olsa da, hesabı açmaq mümkün olmayıb. İkinci hissəyə sürətli başlayan flaqman matçın 54-cü dəqiqəsində hesabda önə keçib. "Neftçi"nin müdafiəçisi Mamadu Mbodcun qüvvətli zərbəsindən sonra Amin Seydiyevə toxunan top istiqamətini dəyişib və qapıya daxil olub.
Matçın 73-cü dəqiqəsində Stiven Monroz müdafiəçilərin diqqətindən yayınaraq topu qapıya göndərib və hesabı bərabərləşdirib.
Bu heç-heçə sayəsində xallarının sayını 45-ə çatdıran "Neftçi" liderliyini davam etdirsə də, ikinci yerdəki "Qarabağ"la eyni xala malikdir. "Qəbələ" isə 29-cu xalını qazanıb və 4-cü pillədəki yerini möhkəmləndirib.
Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Səbail"i 2:1, "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1. (report)
AzNews.az